XƏBƏRLƏR

Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Baytarlıq Elmi-Tədqiqat İnstitutunda “Zəfər Günü – xalqımızın qürur və şərəf səhifəsi” adlı tədbir təşkil olunub.

Tədbiri institutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova açaraq iştirakçıları salamlayıb və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun direktoru Sialə Rüstəmova qeyd edib ki, Zəfər Günü Azərbaycanın müasir tarixində xalqımızın birliyinin, milli həmrəyliyinin və Ordumuzun qəhrəmanlığının simvoludur. Bu qələbə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun igidliyi və xalqın dəmir iradəsi sayəsində mümkün olub.
Direktor vurğulayıb ki, 44 günlük Vətən müharibəsi xalqımızın yenilməz ruhunu, Vətənə olan sonsuz sevgisini və dövlətinə sədaqətini bir daha sübut etdi.

Daha sonra İnstitut əməkdaşları Eldar Kosayev, Nahidə Rzayeva və Nurəddin Quliyev də çıxışlarında Zəfər Gününün xalqımız üçün mənəvi dəyərini, bu tarixi hadisənin gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda 44 günlük müharibədə Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin anları əks olunub.

Sonda Sialə xanım institutun yubilyar əməkdaşları İradə Şahbazovanı və Rüfət Əli-zadəni də yubileyləri münasibəti ilə təbrik edib.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: