XƏBƏRLƏR

“Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində Türkiyəyə işgüzar səfər edilib

2025-ci il 9-16 noyabr tarixlərində “Aqrar Xidmətlər Agentliyinin Struktur İslahatı və Strateji İnkişafına Dəstək” layihəsi çərçivəsində Türkiyə Respublikasına işgüzar səfər həyata keçirilmişdir.

Səfərin məqsədi yerli və qlobal strategiyalara əsaslanan yoluxucu heyvan xəstəliklərinin monitorinqi, erkən aşkarlanması və idarəetmə modellərinin öyrənilməsi, həmçinin iribuynuzlu və digər təsərrüfat heyvanlarında genişmiqyaslı xəstəliklərin qarşısının alınması istiqamətində milli vaksinasiya proqramlarının quruluşu, maliyyələşdirilməsi və icra mexanizmlərinin təhlili olmuşdur.

Bu məqsədlə nümayəndə heyəti Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Heyvandarlıq üzrə Baş İdarəsində görüşlər keçirmiş, heyvan sağlamlığının qorunması sahəsində Türkiyənin təcrübəsi ilə yaxından tanış olmuşdur.

Səfərdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova da iştirak etmişdir.

Görüşlər zamanı tərəflər epizootik vəziyyətin idarə olunması, yoluxucu xəstəliklərin profilaktikası, vaksinasiya proqramlarının səmərəliliyinin artırılması və elmi-tədqiqat əməkdaşlığının gücləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparmış, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulamışlar.

Səfər çərçivəsində əldə olunan bilik və təcrübənin ölkəmizdə heyvan sağlamlığının qorunması, baytarlıq xidmətlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə mühüm töhfə verəcəyi gözlənilir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: