XƏBƏRLƏR

Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun və Aqrar Xidmətlər Agentliyinin əməkdaşları fermerlərlə görüş keçirmişlər

Baytarlıq Elmi Tədqiqat İnstitutunun Balıq və arı xəstəlikləri şöbəsinin müdiri, biologiya və fəlsəfə doktoru, dosent, Turan Elmlər Akademiyasının “Fəxri professoru” Afət Süleymanova, Aqrar Xidmətlər Agentliyinin Balıq sağlamlığı və balıqçılıqda məhsuldarlığın təşkili şöbəsinin müavini və sektor müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov tərəfindən14 noyabr 2025-ci il tarixində Salyan rayonu Təlim Mərkəzində “Nərəcinsli balıqların xəstəlikləri, onlara qarşı baytarlıq tədbirləri “ mövzusu üzrə təlim-seminar keçirilmişdir.

Bu məqsədlə xüsusi hazırlanmış plan proqramı üzrə göl-balıqçılıq təsərrüfatlarında yetişdirilən karpkimi və nərəbalıqkimi balıqların xəstəliklərinin müəyyənləşdirilməsi onlara qarşı kompleks mübarizə tədbirlərinin aparılması, xəstəliklərin ləğv edilməsində qabaqlayıcı profilaktika tədbirlərinin təşkili, balıqların parazitar xəstəliklərinə görə müxtəlif üsullarla müayinə qaydaları haqqında geniş məruzələr etmişlər. Azərbaycanda balıqçılığın intensiv inkişaf etdirilməsi, bol məhsuldarlığın əldə edilməsi, infeksion və invazion xəstəliklərin düzgün və vaxtında diaqnostikasının aparılması və balıqçılıqda olan mövcud problemlər müzakirə olunmuşdur. Seminardan sonra təlimçilər fermerlərin iştirakı ilə göl -balıqçılıq təsərrüfatlarına baxış keçirmişlər.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: