XƏBƏRLƏR

Biləsuvar Rayonunda “Aqrar Biznes” və “Hind quşu” festivalları keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Biləsuvar Rayon İcra Hakimiyyəti və Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə Biləsuvar Rayon Mərkəzi Parkında “Aqrar Biznes” və “Hind quşu” festivalları keçirilib.

Festivalda dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar, həmçinin Şirvan-Salyan iqtisadi rayonunu əhatə edən Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonlarının sakinləri, fermer və sahibkarları iştirak edib.

Festivalda müxtəlif quş əti məhsulları və kənd təsərrüfatının müxtəlif sahələrinə dair məhsul və texnologiyalar sərgilənib.

Festivalda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda quşçuluğun inkişafına dəstək və turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyan festivalın həm bölgənin iqtisadi potensialının tanıdılması, həm də milli mətbəxin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, bölgələrdə keçirilən məhsul festivalları fermerlərə, istehsalçılara və sahibkarlara yeni imkanlar təqdim edən platformadır. Anar Cəfərov bu kimi festivalların regionun aqrar imkanlarının tanıdılmasına əhəmiyyətli töhfə verdiyini, eyni zamanda yeni biznes tərəfdaşlıqları üçün mühüm olduğunu vurğulayıb.

Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini təmsil edən bitki mühafizəsi, quşçuluq və yemçilik üzrə fəaliyyət göstərən şirkətlərlə yanaşı, müvafiq elmi tədqiqat müəssisələri və dövlət qurumları iştirak edib. Tədbir çərçivəsində iştirakçılar öz məhsul və xidmətlərini təqdim edərək, əməkdaşlıq imkanlarını və sahə üzrə yenilikləri müzakirə ediblər.

Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.

Qeyd edək ki, 24 noyabr tarixində “Quşçuluğun dayanıqlı inkişafı: yeni çağırışlar və imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Panel müzakirələrdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini biol.ü.f.d., dosent Səhman Bayramov quşların xəstəliklərdən qorunması üçün baytarlıq sanitariya tədbirləri, baş verən xəstəliklərin müalicəsi, işlənilən kimyəvi preparatların tətbiqi qaydaları və s. haqqında geniş məlumat verdi. Çıxışlardan sonra təsərrüfat rəhbərləri və sahibkarları narahat edən xəstəliklər haqqında sualları ətraflı cavablandırdı.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: