XƏBƏRLƏR

Neftçala rayonunda 90-cı Aqrar Biznes Festivalı və “I Balıq” Festivalı keçirilib

Balıqçılıq və akvakultura sahəsinin təbliği, ölkədə balıq ehtiyatlarının dayanıqlılığının təmin edilməsi, aqrar sahədə innovativ yeniliklərin geniş ictimaiyyətə çatdırılması və istehsalçılarla istehlakçılar arasında birbaşa ünsiyyətin qurulması məqsədilə Neftçala rayonunda “I Balıq” Festivalı keçirilib. Festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Neftçala və ətraf bölgələrdə fəaliyyət göstərən akvakultura və balıqçılıq təsərrüfatları, emal müəssisələri və müxtəlif istehsal, emal və ixrac potensialına malik şirkətlər öz məhsullarını təqdim ediblər. Ziyarətçilər təzə, hisə verilmiş və dondurulmuş balıq məhsullarının geniş çeşidi ilə tanış olmaqla yanaşı, akvakultura prosesində tətbiq olunan müasir texnologiyalar barədə yerindəcə məlumat əldə etmək imkanı qazanıblar.

Festivalın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev bölgələrdə təşkil olunan məhsul festivallarının əhəmiyyətindən danışıb. O, bu festivalların regional iqtisadi aktivliyin artırılması, yerli istehsalçıların bir araya gətirilməsi və məhsulların tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib. Zaur Əliyev çıxışında Aqrar Biznes Festivallarının kənd təsərrüfatı məhsullarının geniş auditoriyaya çıxarılması, fermer-istehlakçı əlaqələrinin gücləndirilməsi və aqrar innovasiyaların təşviqi üçün əlverişli platforma olduğunu vurğulayıb.

Açılışda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov festivalın Neftçalanın turizm və iqtisadi potensialının tanıdılmasına verdiyi töhfəni xüsusi qeyd edib. İcra başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neftçala rayonuna göstərdiyi diqqət və qayğı, eləcə də dövlət başçısının bölgəyə etdiyi səfərlər barədə festival iştirakçılarına geniş məlumat verib. O bildirib ki, Balıq Festivalı rayonun özünəməxsus təbii sərvətlərinin, xüsusilə də balıqçılıq ənənələrinin daha geniş auditoriyaya çatdırılmasına, eyni zamanda yerli sahibkarlığın və turizmin inkişafına mühüm stimul verir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Mərkəz tərəfindən bölgələrdə təşkil olunan məhsul festivallarının məqsədi və iqtisadi-sosial əhəmiyyəti haqqında məlumat verib. O bildirib ki, məhsul festivalları yerli istehsalın stimullaşdırılması, innovativ aqrar texnologiyaların yayılması və regionların potensialının daha geniş tanıdılması baxımından mühüm rol oynayır. Anar Cəfərov Balıq festivalının bölgələrdə keçirilən sayca 19-cu festival olduğunu və tədbirin həm balıqçılıq sektorunun, həm də ümumilikdə aqrar sahənin inkişafına töhfə verəcəyini vurğulayıb.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev çıxışında bildirib ki, Neftçala rayonu uzun illərdir balıqçılıq və akvakultura üzrə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayır. Hazırda bölgədə böyük akvakultura müəssisələri və nərə balığı yetişdirilməsi üzrə ixtisaslaşmış təsərrüfatlar fəaliyyət göstərir və bu potensial festivalın əhəmiyyətini daha da artırır.

Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY”  burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.

 

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: